İnternet qiymətləri aşağı düşəcək? - AÇIQLAMA

İQTİSADİYYAT
14:23 / 06.02.2024
791

"Azərbaycanda internet tariflərinin qiymətlərinin aşağı salınması gündəmdə deyil".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, internet qiymətlərinə yenidən baxılacağı gözlənilmir:

"Nəzərə almaq lazımdır ki, interneti də xaricdən alırıq. Həmçinin, internet üçün istifadə olunan avadanlıqlar və sistemlər də xaricdən idxal olunur. Yəni bu proseslə bağlı bütün texnologiya xarici ölkələrdən gətirilir. İşçilik xərcləri də aşağı düşmür. Ona görə də internet tariflərində qiymətlərin aşağı düşəcəyini güman etmirəm".

343189

Lakin ekspert diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən sonra bəzi dəyişikliklər baş verə bilər:

"Nəzərə almaq lazımdır ki, iyul ayından etibarən Rəqabət Məcəlləsi qüvvəyə minir. Ümid edək ki, rəqabət orqanı tərəfindən bu məsələlərdə daha ciddi mövqe ortaya qoyulacaq. 

Yəni ondan sonra bazarda şərtləri diqtə edən subyektlər razılaşdırılmış qiymət siyasətini həyata keçirə bilməməlidirlər. Rəqabət orqanı effektiv fəaliyyət göstərsə, onda internet tariflərinin qiymətlərinin aşağı düşməsini gözləmək olar".

Pərviz

1