“Qarabağ-Avto” üçün iri məbləğli cərimə təhlükəsi

İQTİSADİYYAT
20:16 / 13.06.2024
422

Mərkəzi Bank “Qarabağ-Avto” şirkət barəsində inzibati iş başlayıb. 

Hit.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Babək Pənahov iş üzrə hakim təyin edilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Anar

0