Nazirliklə şirkət arasında yarım milyonluq icarə müqaviləsi

19:06 / 14.02.2025
162

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi “Hightech Services” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Hit.az xəbər verir ki, şirkət İdarənin müxtəlif növ nəqliyyat vasitələri və mexanizmlərin icarəsi xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. 

İcarə xidmətinə görə şirkətə 539 026 manat ödəniləcək. 

Abbas 
 

0