Neftimiz bu gün də ucuzlaşdı

İQTİSADİYYAT
09:44 / 07.05.2026
43

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,57 ABŞ dolları və ya 8,07% azalaraq 108,99 ABŞ dolları olub.

Qeyd edək ki, neftimizin əvvəlki qiyməti 118,56 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

0