Lombardlarla bağlı yeni norma nələri dəyişəcək?

İQTİSADİYYAT
12:46 / 08.05.2026
107

Mərkəzi Bankın sədri Taleh Kazımov lombardlarla bağlı danışıb.

O, ölkəmizdə lombardlarla bağlı normativ-hüquqi bazanın razılaşdırma mərhələsində olduğunu açıqlayıb. Məlumdur ki, bu gün lombardlarla bağlı çoxsaylı problem mövcuddur. Lombardlar vətəndaşların qızıllarını bazar qiymətindən aşağı qiymətləndirir, yüksək faizlər tətbiq edir və bəzi hallarda müəyyən müddətdən sonra fəaliyyətini dayandıraraq yoxa çıxırlar. Nəticədə bəzi şəxslərin girov qoyduğu qızıllar mənimsənilir və vətəndaşlar öz əmlaklarını geri ala bilmirlər.

Maraqlıdır, lombardlarla bağlı yeni normativ-hüquqi baza hansı bu sahədə müsbət dəyişikliyə səbəb olacaqmı?
 

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, lombard sektoru ilə bağlı problemlər illərdir aktual olaraq qalır və bu sahədə vətəndaşların narazılığı getdikcə artır: 

398695

“Əsasən girov qəbul edilən əşyaların dəyərinin obyektiv müəyyənləşdirilməməsi narazılığa səbəb olur. Bir çox hallarda insanlar qiymətli qızıl-zinət əşyalarını, texnikalarını və digər əmlaklarını bazar qiymətindən xeyli aşağı məbləğə qiymətləndirərək lombarda təhvil verməyə məcbur olurlar”.

Ekspert hesab edir ki, bu sahədə nəzarət mexanizmlərinin zəif olması lombardların fəaliyyətində qeyri-şəffaf mühit yaradır: 

“Gələcəkdə qanunvericilikdə dəyişikliklərin ediləcəyi və bu qurumların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir”.

Günel Cəlilova

0