Tikinti aparmaq istəyənlərə PİS XƏBƏR: Bu məhsul BAHALAŞDI

İQTİSADİYYAT
15:42 / 08.05.2026
47

Azərbaycanda sement bahalaşıb.


Hit.az xəbər verir ki, bu barədə oxu24.com-a tikinti bazarlarındakı mənbələrdən məlumat daxil olub.


Firmaya uyğun olaraq hər məhsulda bahalaşma 50-60 qəpik aralığında müşahidə olunur.Tikintidə xeyli miqdarda sementin istifadə olunduğunu nəzərə alsaq,bahalaşmanın ciddi təsiri olacağını deyə bilərik.

"Misal üçün sementin bir kisəsi 8.50-yə satılırdısa,indi bu qiymət 9 manata qədər qalxıb",-deyə məlumatlı şəxs bildirib.


Bahalaşmanın tikinti mövsümünün aktivləşməsi ilə əlaqəli olduğu bildirilir.
"Havalar isindikcə,tikinti işləri də çoxalır.Bu səbəbdən də qış aylarına nisbətən tikinti materiallarında bahalaşma müşahidə olunur.Regionlarda bahalaşma Bakıya nisbətən bir qədər də çoxdur.Çünki buraya nəqliyyat xərcləri də daxildir",-deyə mənbə bildirib.
 

0