DOST Agentliyi 22 min manatlıq mebel alır

İQTİSADİYYAT
19:19 / 08.05.2026
42

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Neftçala və İmişli DOST filialları üçün bədii tərtibat və mebellərin satın alınması ilə bağlı tender yekunlaşıb.

Hit.az xəbər verir ki, tenderin qalibi “QARDAŞLAR MEBEL” QSC olub.

Müqavilənin dəyəri 22.869,39 AZN təşkil edir.

Satınalma çərçivəsində DOST filialları üçün müxtəlif mebel və interyer tərtibatı məhsullarının təmin olunacağı bildirilib.

Abbas 
 

0