İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC tərəfindən “Russia & Islamic World Cooperation Expo 2026” beynəlxalq sərgisində ölkəmizin iştirakının təmin olunması məqsədilə stendin quraşdırılması xidmətinin satınalması üzrə keçirilən müsabiqə başa çatıb.
Hit.az xəbər verir ki, satınalma prosedurunun nəticəsinə əsasən, qalib şirkət “AZİNTEREXPO” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 397.218,68 manat təşkil edir.
Layihə çərçivəsində sərgidə Azərbaycan stendinin qurulması, texniki və dizayn həllərinin tətbiqi, eləcə də sərgi məkanının təqdimat standartlarına uyğun təşkili nəzərdə tutulur.
“Russia & Islamic World Cooperation Expo 2026” sərgisi beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, müxtəlif ölkələrin şirkət və qurumları arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm platformalardan biri hesab olunur.
Abbas


