ANAMA-da audit yoxlaması keçiriləcək

İQTİSADİYYAT
21:38 / 12.05.2026
42

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun olaraq auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması üzrə müsabiqə elan olunub.

Hit.az xəbər verir ki, satınalma çərçivəsində Agentliyin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi və müstəqil audit rəyinin hazırlanması nəzərdə tutulur.

Müsabiqə üzrə təkliflərin qəbulu iyunun 3-dək davam edəcək.

Abbas 

0