Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan iki xidməti avtomobil mayın 26-da keçirilən hərracda satışa çıxarılıb.
Hit.az xəbər verir ki. söhbət 2007-ci il istehsalı olan "Chevrolet Niva 2123" markalı minik avtomobillərindən gedir.
Hərraca çıxarılan nəqliyyat vasitələrindən biri 25 AC 274 dövlət qeydiyyat nişanlı olub. Avtomobilin satış qiyməti 2 450 manat müəyyənləşdirilib.
Digər avtomobil isə 42 AA 180 dövlət qeydiyyat nişanlı "Chevrolet Niva 2123" olub. Həmin nəqliyyat vasitəsinin qiyməti 2 400 manat təşkil edib.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus iki xidməti avtomobil ümumilikdə 4 850 manata realizə olunub.
Abbas

