“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxsi tərəfindən “Şuşa qalası” abidəsinin leysan nəticəsində uçmuş hissəsinin bərpa işlərinin satın alınması üzrə elan edilən tender ləğv edilib.
Hit.az xəbər verir ki, satınalma predmeti Şuşa qalasında yağışlar nəticəsində zədələnmiş hissələrin bərpa və restavrasiya işlərinin həyata keçirilməsi olub. Tender üzrə ehtimal olunan qiymət 241 110,79 manat təşkil edib.
Satınalma prosedurunun ləğvinə səbəb müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır.
Abbas


