Ət məhsullarının qiyməti son 10 ildə belə dəyişib

İQTİSADİYYAT
23:13 / 03.06.2026
47

Azərbaycanda heyvandarlıq və quşçuluq məhsullarının istehsalçı qiymətlərində son on ildə ciddi dəyişiklik qeydə alınıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2015-ci ilin qiymətləri 100 qəbul edilməklə hesablanan indekslərə əsasən, ən yüksək göstəricilərdən biri ət və quşçuluq məhsullarında müşahidə olunub.

Belə ki, ev quşları və yumurtalar üzrə indeks 321,9-a yüksəlib. Yumurta üzrə göstərici 293,2, qoyun və keçi məhsullarında (diri çəkidə) 290,4, ev quşlarında (diri çəkidə) isə 288,7 indeks qeydə alınıb.

Rəqəmlər göstərir ki, son on ildə heyvandarlıq məhsulları arasında xüsusilə quşçuluq və xırdabuynuzlu heyvan məhsullarında istehsalçı qiymətləri daha sürətlə artıb.

Qeyd edək ki, bu göstəricilər 2015-ci ilin qiymətləri 100 qəbul edilməklə hesablanan istehsalçı qiymət indeksləridir və bazardakı son satış qiymətlərini deyil, istehsal səviyyəsindəki dəyişiklikləri əks etdirir.

0