Qusarda yolların əsaslı təmiri üçün 939 min manatlıq tender elan edildi

İQTİSADİYYAT
21:57 / 08.06.2026
45

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Aparatı şəhər yollarının əsaslı təmir işlərinin satınalınması ilə bağlı tender elan edib.

Hit.az xəbər verir ki, layihənin ehtimal olunan dəyəri 939 min 582 manat 8 qəpik təşkil edir.

Satınalma proseduru çərçivəsində podratçı təşkilatın müəyyənləşdirilməsi üçün təkliflərin qəbulu davam edir. Müsabiqədə iştirak etmək istəyən şirkətlər öz təkliflərini iyulun 2-dək təqdim edə bilərlər.

Abbas 

0