İnnovasiya və Təchizat Mərkəzi 2,2 milyon manatlıq dərman alır

İQTİSADİYYAT
22:36 / 08.06.2026
41

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi ixtioz və bullyoz epidermoliz xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Hit.az xəbər verir ki, satınalmanın nəticələrinə əsasən, qalib şirkət "Zeytun Pharmaceuticals" MMC olub.

Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 2 milyon 199 min 359 manat 5 qəpik təşkil edir.

Abbas 

0