Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması ilə bağlı tender elan olunub.
Hit.az xəbər verir ki, layihə üzrə nəzərdə tutulan tikinti-quraşdırma işlərinin ehtimal olunan qiyməti 18 milyon 44 min 531,68 manat təşkil edir.
Satınalma çərçivəsində sənaye parkının dalan dəmir yolu xəttinin infrastrukturunun yaradılması üçün tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Tender təkliflərinin qəbulu 2 avqust tarixinədək davam edəcək.
Layihənin sifarişçisi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMCdir.
Abbas


