Sökülən evlərə görə kompensasiya yeni mənzilə çatırmı?

ÖLKƏ
10:29 / 07.09.2026
182

Bakıda mənzil sahibi olmaq istəyənlər paytaxtın daşınmaz əmlak bazarındakı yüksək qiymətlərdən narazıdır. 

Bu vəziyyət qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi ilə əlaqədar yeni mənzil gözləyən sakinlər üçün daha narahatedicidir. Çünki sökülən evlərə görə ödənilən kompensasiya ilə paytaxtın mərkəzində adekvat mənzil almaq mümkün deyil.

Görəsən, sökülən binaların sakinlərinə veriləcək mənzilin və ya kompensasiyanın məbləği hansı meyarlarla hesablanır? 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki, Bakıda köhnə və qəzalı binaların, eləcə də fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı proses paytaxtın müxtəlif ərazilərində davam edir:

409082

“Bu işlərin əsas məqsədlərindən biri təhlükəli tikililərin aradan qaldırılması, digəri isə şəhərin yenilənməsi və ərazinin müasir yaşayış məkanlarına çevrilməsidir. Bütün söküntülər üçün eyni qaydanın tətbiq edilməsi mümkün deyil. Çünki vətəndaşa veriləcək mənzilin sahəsi, yerləşəcəyi bina və digər şərtlər konkret layihədən və aparılan razılaşmadan asılı olaraq dəyişə bilər”. 

Ekspert bildirib ki, paytaxtın mərkəzində bu məsələ daha ciddi xarakter alır:
“Səbəb isə həmin ərazilərdə torpaq və mənzil qiymətlərinin yüksək olmasıdır. Nəticədə köhnə əmlaka görə hesablanan məbləğlə həmin ərazidə yeni tikilidən mənzil almaq üçün tələb olunan vəsait arasında nəzərəçarpacaq fərq yarana bilər”. 

Sevinc

0