Bakıda bəzi ərazilərdə mənzillərin kvadratmetr qiymətində ciddi dəyişiklik qeydə alınıb.
Yeniavaz.com “Statix”ə istinadən xəbər verir ki, 2025-ci ilin noyabrı ilə 2026-cı ilin avqustu müqayisə edildikdə, mənzillərin ən çox ucuzlaşdığı ərazi “Sahil” olub. Burada 1 kvadratmetr mənzilin qiyməti 4 170 manatdan 2 576 manata düşüb. Bu, 38,2 faiz azalma deməkdir.
Qiymətlərin ən çox azaldığı digər ərazilər “Nardaran” (-36,7%), “Elmlər Akademiyası” (-33,9%), “Mərdəkan” (-33,8%) və “Gənclik” (-29,3%) olub.
Əksinə, bəzi ərazilərdə mənzil qiymətləri kəskin bahalaşıb. Ən böyük artım “Yasamal”da qeydə alınıb. Burada kvadratmetr qiyməti 1 975 manatdan 3 509 manata yüksəlib ki, bu da 77,7 faiz artım deməkdir.
Qiymət artımına görə növbəti yerlərdə “Nərimanov” (+75,3%), “28 May” (+68,5%), “Qala” (+64,6%) və “Lökbatan” (+63,2%) qərarlaşıb.



