Qazax-Tovuz iqtisadi rayonunda yaşayan sakinlərin aylıq gəlirlərində kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı digər iqtisadi rayonlarla müqayisədə daha çoxdur.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən aylıq gəlirin 74,4 manatı kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payına düşüb.
Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq gəlir 384,4 manat olub. Kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin ümumi gəlirdəki payı isə 19,4% təşkil edib.
Aylıq gəlirlərdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payının çox olduğu ikinci iqtisadi rayon Mərkəzi Aran olub. Bu iqtisadi rayonda adambaşına düşən aylıq gəlirin 16,8%-i və ya 68,8 manatı kənd təsərrüfatı məhsullarının istehsalından formalaşıb. Mil-Muğan iqtisadi rayonunda bu göstərici 17% (63,8 manat), Qarabağ iqtisadi rayonunda isə 15% (60,3 manat) olub.
Aylıq gəlirdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payının ən az olduğu iqtisadi rayon isə Bakı şəhəri olub. Burada adambaşına düşən aylıq gəlirin cəmi 0,02%-i və ya 0,1 manatı kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payına düşüb.
İqtisadi rayonlarda adambaşına düşən orta aylıq gəlir və bu gəlirdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin payı belə olub:



