İçərişəhərdə tanınmış otel 3,75 milyon manata satışa çıxarıldı

İQTİSADİYYAT
23:34 / 04.09.2026
43

Bakının Səbail rayonunda, İçərişəhər ərazisində yerləşən otel satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, obyekt üçün 3 milyon 750 min manat qiymət müəyyən edilib.

Məlumata görə, ümumi sahəsi 440 kvadratmetr olan “The Watergate Hotel” İçərişəhər metro stansiyasına təxminən 5 dəqiqəlik piyada məsafədə, Fəvvarələr meydanından isə 500 metr aralıda yerləşir.

Otel 13 təmirli otaqdan ibarətdir. Binanın ayrıca küçə girişi və şəxsi lifti mövcuddur.

Obyekt hazırda aylıq 15 min manata uzunmüddətli icarədədir.

0