Türkiyənin “ATV” kanalının yeni serialı “Mercan Köşk” yayımlanmağa başlayıb.
Hit.az xəbər verir ki, ekran işinin ilk bölümü nümayiş olunub.
Layihənin reytinqləri yüksək olmayıb. Belə ki, “Mercan Köşk” “Total” kateqoriyasında 2,78 balla 2-ci olub. “AB”-də 1,86 balla 6-cı, “ABC1”-də isə 2,33 balla 4-cü sırada qərarlaşıb. Adıçəkilən ekran işi bütün kateqoriyalarda “Gönül Dağı”nı keçə bilməyib.
Qeyd edək ki, “Mercan Köşk”də Hafsanur Sancaktutan, Kubilay Aka, Halil Babür və Mehmet Özgür kimi məşhurlar çəkilir.
Pərviz


