Salyan Rayon Mərkəzi Xəstəxanası 55 min manatlıq təsərrüfat malları alır

İQTİSADİYYAT
20:17 / 22.07.2026
44

"Salyan Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi xəstəxananın cari təmir işləri məqsədilə mal-materialların, təsərrüfat, sürtkü və digər malların alınması ilə bağlı satınalma müsabiqəsini yekunlaşdırıb.

Hit.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "TEXNOLİFE.AZ" MMC olub.

Qalib şirkətlə bağlanmış müqavilənin məbləği 55 794,10 manat təşkil edir.

Abbas
 

0