Ağıllı dayanacaqlardan ağılsız istifadə edənlər kimdir?

İQTİSADİYYAT
22:53 / 22.07.2026
53

Bakıda quraşdırılan smart tipli avtobus dayanacaqlarında kondisionerlərin işləməməsi ilə bağlı şikayətlər mövcuddur. Yay aylarında avtobus gözləyən sərnişinlər günəşdən və istidən qorunmaq üçün dayandıqları bu tip dayananacaqların bəzisində kondisionerlərin işləmədiyini bildiriblər.

Onların sözlərinə görə, bu hal Azadlıq metrostansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsi və Xətai metrostansiyasının qarşısında yerləşən smart tipli dayanacaqda müşahidə olunur. 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dayanacaqlarda kondisionerlər kənar müdaxilə nəticəsində sıradan çıxır. 
 
Bildirilib ki, smart tipli pavilyonlara mütəmadi texniki baxışlar həyata keçirilir. Eyni zamanda, vətəndaşlardan daxil olan müraciətlər əsasında aşkar olunan bütün nöqsanlar aradan qaldırılır.

0