Azərbaycan iqtisadiyyatında artım və azalma - Rəqəmlər açıqlandı

İQTİSADİYYAT
13:16 / 16.10.2026
49

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

HİT.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı hesabatında yer alıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 1.5 faiz artıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 1.2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2.6 faiz artım qeydə alınıb.

Əlavə dəyərin 34.3 faizi sənayenin, 10.7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin, 7.4 faizi nəqliyyat və anbar təsərrüfatının payına düşüb.

Bundan başqa, əlavə dəyərin 6.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5.4 faizi tikinti, 2.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi isə informasiya və rabitə sahələrində formalaşıb.

Əlavə dəyərin 20.9 faizi iqtisadiyyatın digər sahələrində istehsal edilib.

Məhsula və idxala xalis vergilərin ÜDM-də xüsusi çəkisi isə 9.8 faiz təşkil edib.

0