Tarixin 16 oktyabrı...

MARAQLI
11:33 / 16.10.2026
205

Bu gün tarixin vərəqlərində 16 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

16 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Həmçinin, bəzi tarixi şəxslərin vəfat günü də bu günə təsadüf edir. Eyni zamanda, bu gün BMT tərəfindən Ümumdünya Qida Günü, Çilidə isə Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 16 oktyabrına nəzər salırıq.

16 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Xırmancıq, Ağbulaq və Axullu kəndlərini Ermənistanın işğalından azad edib. Həmçinin, 1919-cu ildə Adolf Hitler Almaniya Fəhlə Partiyasının iclasında ilk çıxışını edib. 1923-cü ildə dünyaca məşhur “The Walt Disney Company” təsis olunub, 1978-ci ildə isə Roma papası seçilən II İohann Pavel 1523-cü ildən bəri italyan olmayan ilk pontifik kimi tarixə düşüb.

16 oktyabrda doğulanlar:
1963-cü ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid leytenant Səfəralı Məmmədov, 1995-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Cabbarov, 1856-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarov, 1923-cü ildə xalq yazıçısı, professor Gülhüseyn Hüseynoğlu, 1926-cı ildə Xalq artisti, bəstəkar Ramiz Mustafayev, 1967-ci ildə Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva və dünyaya gəlib.

Həmçinin, 1854-cü ildə irlandiyalı şair və dramaturq Oskar Vayld, 1863-cü ildə Böyük Britaniya dövlət xadimi Ostin Çemberlen, 1878-ci ildə fransız dərzi Frans Riçelt, 1886-cı ildə İsrailin ilk baş naziri David Ben-Qurion, 1906-cı ildə italiyalı yazıçısı Dino Bussati, 1908-ci ildə Albaniyanın 22-ci baş naziri Ənvər Xoca, 1927-ci ildə alman yazıçısı Günter Qrass, 1983-cü ildə “Avroviziya 2012”-nin qalibi, İsveç müğənnisi Lorin, 1986-cı ildə məşhur Rumıniya müğənnisi İnna və 1997-ci ildə yapon tennisçi Naomi Osaka doğulub.

16 oktyabrda vəfat edənlər:
2003-cü ildə azərbaycanlı şairi Nüsrət Kəsəmənli, 1590-cı ildə Bavariya hersoqinası Avstriyalı Anna, 1793-cü ildə Fransa kraliçası Mariya Antuanetta, 1981-ci ildə İsrail dövlət xadimi Moşe Dayan, 2015-ci ildə türkiyəli aktyor və rejissor Mehmed Ün, 2018-ci ildə bolqarıstanlı rejissor Dimitar Petrov və 2020-ci ildə amerikalı aktyor Entoni Çişolm vəfat edib.

Pərviz

0