İnsanları maqnit kimi özünə cəlb edən 4 doğum tarixi

MARAQLI
13:40 / 16.10.2026
63

Bəzi insanlar xüsusi səy göstərmədən ətrafdakıların diqqətini cəlb edir, ünsiyyətdə rəğbət qazanır və yadda qalırlar. Numerologiyaya görə, doğum tarixinin müəyyən günlərinə sahib olan insanlar liderlik, ünsiyyət bacarığı, qayğıkeşlik və emosional dərinlik kimi xüsusiyyətləri ilə seçilə bilərlər.

HİT.az-ın “Parade” nəşrinə istinadən verdiyi məlumata görə, numerologiyada 1, 3, 6 və 9 rəqəmləri müxtəlif xarizma formaları ilə əlaqələndirilir. Bu yanaşmaya əsasən, dörd doğum tarixi qrupu xüsusi diqqət çəkir.

1, 10, 19 və 28-də doğulanlar – təbii liderlər

Numerologiyada 1 rəqəmi müstəqillik, ambisiya və liderliklə əlaqələndirilir. Bu tarixlərdə doğulanların özünəinamı və fərqli düşüncə tərzi ilə diqqət çəkdiyi iddia olunur. Onlar başqalarının fikrindən asılı olmayaraq öz yollarını seçməyə meyilli insanlar kimi təsvir edilir. Məhz bu xüsusiyyət onların ətrafdakılarda maraq oyatmasına səbəb ola bilər.

3, 12, 21 və 30-da doğulanlar – məclislərin sevimliləri

Numerologiyada 3 rəqəmi ünsiyyət, yaradıcılıq və özünüifadə ilə əlaqələndirilir. Bu günlərdə doğulanlar zarafatları, maraqlı söhbətləri və insanlarla asanlıqla dil tapmaq bacarıqları ilə seçilən şəxslər kimi təqdim olunur. Onların yeni tanış olduqları insanlarla belə tez ünsiyyət qurduğu və olduğu mühitə canlılıq gətirdiyi düşünülür.

6, 15 və 24-də doğulanlar – insanlara rahatlıq bəxş edənlər

6 rəqəmi sevgi, harmoniya, gözəllik və qayğıkeşlik rəmzi sayılır. Bu tarixlərdə doğulanların başqalarını dinləmək, münasibətlərdə diqqətli olmaq və insanlara özlərini dəyərli hiss etdirmək bacarığı ilə seçildiyi bildirilir. Onların cəlbediciliyi diqqət mərkəzində olmaqdan deyil, ətrafdakılara göstərdikləri səmimiyyət və qayğıdan qaynaqlanır.

9, 18 və 27-də doğulanlar – sirli və dərin şəxsiyyətlər

Numerologiyada 9 rəqəmi mərhəmət, müdriklik, idealizm və emosional dərinliklə əlaqələndirilir. Bu günlərdə doğulan insanların həyat haqqında düşüncələri, empatiya qabiliyyəti və mənalı söhbətlərə marağı ilə başqalarının diqqətini cəlb etdiyi iddia olunur. Onlarla ünsiyyətin uzun müddət yadda qalmasının səbəbi kimi fərqli baxışları və insanları anlamaq bacarıqları göstərilir.

Samir
 

0