Qətlə yetirilən sabiq baş həkim bizneslə məşğul imiş - FOTO

HADİSƏ
11:30 / 01.03.2024
944

Xəbər verdiyimiz kimi, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov və 1963-cü il təvəllüdlü həyat yoldaşı Məmmədova Münəvvər Rza qızı yaşadığı evdə qətlə yetirilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, 3 il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub. 

Yaşadığı Kərimbəyli kəndində İstixana (parnik) biznesi var imiş.

0