Şiddət göstərən qadınların sayı artır - Səbəb nədir?

HADİSƏ
22:20 / 08.01.2025
78

Adətən qadınlar zorakılığa məruz qalır, şiddət görür.

Ancaq zərif cinsin nümayəndələri sayılan qadınlarda şiddət göstərir.

Bu günlərdə Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 40 yaşlı Röyal Hüseynovun həyat yoldaşının öldürməsi müəyyən edilib.  

39 Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb.

Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Maraqlıdır, qadın niyə şiddət göstərir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, cəmiyyətimizdəki qadınların aqressiyasının əsas səbəblərindən biri ailədaxili konfliktlər, tərəflər arasında münasibətlərin pis olması, eyni zamanda informasiya əsrində yaşamağımızdır:

“Cəmiyyətdə şiddət göstərən qadınların sayının və xüsusi çəkisinin artmasına gəldikdə bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Əslində, başlıca səbəb Azərbaycan cəmiyyəti üçün xarakterik olan etnomilli xüsusiyyətlərin əsas daşıyıcısı, ailəsinə bağlı, həyat yoldaşına sadiq, milli dəyərləri yaşadan, böyüdən, nəsildən-nəsilə ötürən, mərd, qürurlu, qeyrətli, namuslu, şəfqətli qadın obrazının tədricən aşınması, itirilməsidir. Qloballaşmanın, yeni texnologiyalar sayəsində internet məkanında şəbəkələşmənin gətirdiyi mənfi təsirlər burada obyektiv faktorlar sırasındadır. Qadın qadın kimi, kişi də güclü, əzmkar tərəf olaraq, öz şəxsiyyətini tərbiyə etməyi, özünə, ətrafına yaxşı cəhətdən nümunə olmağı bacarmalıdır. Qadınları indi çox vaxt hər addımda güclü olmağa, azad olmağa, öz ayaqları üstündə durmağa səsləyirlər. Bu, başadüşüləndir, lakin bu fikri mütləqləşdirmək böyük qüsurdur”.

Sevinc

0