Qurban Qurbanovun əvəzinə Robert Prosineçki?

17:45 / 31.07.2020
1236

Qurban Qurbanovu baş məşqçi postuna dəvət etsə də, yox cavabı alan "Hatayspor" hazırda 3 mütəxəssislə danışıqlar aparır.

Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmisi Ehtem Sunar məlumat verib.

Super Liqaya vəsiqə qazanan klubun rəsmisi danışıqlar apardıqları mütəxəssislərin adlarını açıqlayıb: "Ömer Erdoğanla danışıqlar davam edir. Hələ anlaşmamışıq. Bundan başqa Bayram Bektaş və Robert Prosineçki ilə də təmaslarımız var".

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə milli komandamızı çalışdırıb. Bosniyalı mütəxəsis 2019-cu ildən "Kayserispor"a başçılıq edir. Kayseri təmsilçisi Super Liqanı 17-ci pillədə başa vursa da, komanda sayı artırıldığından aşağı liqaya düşməyib.

0