Avropa ölkəsində türklərə qarşı təxribat: otaqlarını hədəf aldılar - VİDEO

İDMAN
22:25 / 05.08.2020
1406

Türkiyənin UEFA Avropa Liqasındakı yeganə təmsilçisi olan “Başakşəhər” “Kopenhagen” komandası ilə qarşılaşma üçün Danimarkaya yollanıb.

Bu axşam keçiriləcək matçdan əvvəl dincəlmək üçün hotelə yerləşən türk futbolçulara rəqib komanda azarkeşləri rahatlıq verməyib.

Bir qrup “Kopenhagen” azarkeşi gecə saatlarında türklərin qaldığı hotelin həyətində atəşfəşanlıq təşkil edib. Onlar “Başakşəhər” futbolçularının otaqlarına doğru fişənglər tuşlayıb.

 

0
Publika.az