Millimizin sabiq baş məşqçisi postundan getdi

İDMAN
23:22 / 07.08.2020
1087

"Kayserispor” baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvat mütəxəssisin müddəti başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi "Kayserispor”u 2019-cu ilin dekabrından çalışdırırdı. 51 yaşlı mütəxəssis bu komandanı 19 oyuna çıxarıb. 6 qələbə qazanan, 5 heç-heçə edən və 8 dəfə uduzan Kayseri təmsilçisi 18 komanda arasında sonuncu olub. Lakin Super Liqa ilə bağlı verilən son qərara əsasən komanda elitanı tərk etməyəcək.

Yeri gəlmişkən, "Kayserispor” rumın qapıçısı Silviu Lunqu heyətində saxlamağa qərar verib. Onunla yeni müqavilə barədə razılıq əldə edən klub detalları hələ açıqlamayıb.

0
Fanat.az