Professor Xanlar Qurbanov dünyasını dəyişdi - FOTO

12:09 / 08.08.2020
1144

Azərbaycan idman ictimaiyyətinə itki üz verib.

Hit.Az-ın məlumatına görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov dünyasını dəyişib.

X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Allah rəhmət eləsin.

0