Azərbaycan tankçıları “Tank biatlonu”nun finalında - CANLI YAYIM

İDMAN
16:30 / 05.09.2020
1117

Azərbaycan tankçıları “Tank biatlonu” Beynəlxalq Ordu İdman Oyunlarının final mərhələsində çıxış edir. 

HİT.Az xəbər verir ki, final yarışı TASS agentliyinin “Facebook” hesabında canlı yayımlanır.  Final qarşılaşması Rusiyanın Alabino poliqonunda baş tutur. 

Azərbaycandan başqa finalda Belarus, Rusiya və Çin tankçıları iştirak edir.

Final yarışını Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov izləyir.

 

0