Dünyanın ən çox vərəqə göstərilən çempionatlarının siyahısı açıqlanıb

İDMAN
21:46 / 11.09.2020
1439

Ən çox vərəqə göstərilən futbol liqalarının siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası son 5 mövsümlə bağlı hesabat açıqlayıb.

Araşdırmada “yaz-payız” sistemli çempionatlarda 2016-2020, “payız-yaz” sistemli turnirlərdə 2015/16-2019/20 mövsümləri nəzərə alınıb. Hesabat 87 ölkənin yüksək liqasının göstəricilərini əks etdirir.

Azərbaycan Premyer Liqasında hər matçda 4,70 sarı, 0,26 qırmızı vərəqə göstərilir. Çempionatımız ən çox xəbərdarlıq edilən 30-cu liqadır. Ən intizamsız liqalar isə Boliviya (6,32), Qvatemala (6,27) və Uruqvaydır (5,92). Yaponiya (2,48), Malayziya (2,75), Norveç (2,89) isə əks qütbdə qərarlaşıb.

Qırmızı vərəqə sayında isə Azərbaycan 25-29-cu yerləri bölüşən 5 liqadan biridir. Fransa, Lüksemburq, Xorvatiya və Şimali İrlandiyada da hər matça 0,26 qırmızı vərəqə düşür. Burada Uruqvay (0,51), Boliviya (0,48), Salvador (0,45) intizamsız, Yaponiya (0,08), Norveç (0,10) və Malayziya (0,11) intizamı ilə fərqlənir.

Ümumilikdə hər matçda 4,96 vərəqənin göstərildiyi Premyer Liqa 30-cu yerdədir. Boliviya (6,80), Qvatemala (6,61) və Uruqvay (6,43) vərəqələrin çox, Yaponiya (2,56), Malayziya (2,86) və Norveç (2,99) az olduğu liqalardır.

0