"Neftçi"dən növbəti transfer

İDMAN
23:25 / 19.09.2020
898

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Hit.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Başakşəhər”in futbolçusu Mert Çeliki icarəyə götürüb. 20 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. O, “Neftçi”də 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, M.Çelik 21 yaşlılardan ibarət Azərbaycan millisinin də üzvüdür.

0