"Barselona" ulduzunu 1 milyon avroya satdı

İDMAN
16:03 / 20.09.2020
1082

"Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalın yeni komandası müəyyənləşib.

Sport7.az xəbər verir ki, Çili millisinin üzvü yenidən İtaliyada çıxış edəcək.

33 yaşlı futbolçunun "İnter”ə keçidi həll olunub. Klublar arasındakı razılığa əsasən, "neradzurra” qarşı tərəfə 1 milyon avro ödəyəcək. Futbolçu özü sabah Milana yollanaraq yeni komandasında tibbi müayinədən keçdikdən sonra 2+1 illik müqavilə imzalayacaq.

Vidalın "İnter”də illik məvacibi 6 milyon avro olacaq.

2011-2015-ci illərdə İtaliyada "Yuventus”un formasını geyinən Arturo Vidal 2018-ci ildən "Barselona”da çıxış edib.

Sport7.az

0