Azərbaycan noyabrdakı beynəlxalq yarışdan imtina etdi - RƏSMİ

İDMAN
18:48 / 29.09.2020
1121

Noyabrda Bakıda keçirilməli olan paracüdo üzrə Qran Pri keçirilməyəcək.

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda 12-20 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran Pri yarışının və beynəlxalq təlim-məşq toplanışının keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, dekabrda Bakıda keçirilməli olan idman gimnastikası üzrə kişi və qadınlar arasında Avropa çempionatlarının da baş tutması sual altına düşüb.

0