“Qarabağ”ın oyunu gələn ilə təxirə salındı

İDMAN
11:23 / 21.10.2020
1065

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Qarabağ” – “Səbail” görüşünün keçiriləcəyi tarix müəyyənləşib.

Hit.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyun 8 fevral 2021-ci ildə baş tutacaq.

Qarşılaşma Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Komanda oktyabrın 10-da Monteneqroya 2:0 hesabı ilə uduzub və 3 gün sonra Kiprlə qolsuz heç-heçə edib.

0