"Qarabağ" İsrail klubuna uduzdu

İDMAN
00:59 / 23.10.2020
1132
UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.
 
HİT.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da yer aldığı I qrupunda ilk oyununa çıxıb. Ağdam klubu İsraildə "Makkabi”nin qonağı olub. "Blumfild" stadionunda baş tutan görüşdə bir qol vurulub. 10-cu dəqiqədə fərqlənən Yonaten Kohen meydan sahiblərinə qələbə qazandırıb.
 
Ardıcıl 7-ci dəfə qrupda çıxış edən "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın "Sileks” (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq, Avropa Liqasının pley-ofuna düşüb. Burada isə Polşa "Legiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.
 
"Qarabağ" kimi "Makkabi" də Avropa Liqasının qrupuna ÇL-dən gəlib. I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litva "Suduva"sı (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa Avropa Liqasının qrupuna vəsiqə əldə edib.
 
UEFA Avropa Liqası
Qrup mərhələsi
I tur
 
22 oktyabr
23.00 Makkabi (Təl-Əviv, İsrail) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Yonaten Kohen, 10.
Makkabi: 19. Daniel Tenenbaum, 4. Enrix Saborit (44. Luis Hernandes, 84), 6. Dan Qlazer, 10. İtay Şexter (39. Eduardo Querrero, 46), 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 23. Eyal Qolaso (11. Tal Ben Haim, 77), 24. Yonaten Kohen (22. Avi Rikan, 69), 27. Ofir Davidzada (2. Ben Bitton, 46), 30. Maor Kandil, 42. Dor Perets.
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa, 9. Nik Blakman, 29. Eylon Almoq, 47. Eden Karzev, 77. Ruslan Barski.
Baş məşqçi: Giorgios Donis.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (18. İsmayıl İbrahimli, 80), 5. Maksim Medvediv (k), 6. Patrik Andrade, 8. Uroş Matoç (7. Kvabena Ovusu, 60), 9. Xayme Romero (22. Musa Qurbanlı, 86), 10. Abdullah Zubir (27. Toral Bayramov, 86), 19. Filip Ozobiç (44. Elvin Cəfərquliyev, 80), 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 11. Mahir Emreli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Enrix Saborit, 28. Yonaten Kohen, 45+2. Eduardo Querrero, 73. Avi Rikan, 89Filip Ozobiç, 27. Donald Gerye, 30. Patrik Andrade, 64.
Hakimlər: Con Biton, Frensis Konor, Daniel Makfarlan, Euan Anderson.
Tel-Əviv, "Blumfild" stadionu
 
2