“Neftçi”nin sabiq futbolçusu saxlanıldı

İDMAN
15:47 / 26.10.2020
1089

“Neftçi”nin sabiq futbolçusu Fransisko Qarsiya həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sərxoş vəziyyətdə saxlanılıb.

29 yaşlı oyunçunun üzərində 140 qram marixuana aşkarlanıb. "Qato" ləqəbli futbolçu hazırda polis idarəsində saxlanılır.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə "Neftçi"nin formasını geyinib. Bu ilin mayında Braziliya klubu “Banqu”dan ayrıldıqdan sonra işsiz qalan yarımmüdafiəçi əvvəllər də analoji problem səbəbindən həbs olunub.

0