Erməni futbolçuya xəbərdarlıq edildi

17:55 / 30.10.2020
1699

Slovakiya Futbol İttifaqı "Jilina"nın üzvü Vahan Bıçakçıyana xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya Super Liqasında DAK-la matçda təxribata yol verməsidir.

Bıçakçıyan qol vurduqdan sonra oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.

Məsələ ilə bağlı AFFA tərəfindən SFZ-yə məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol matçları zamanı hər hansı siyasi şüarların səsləndirilməsinin və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Assosiasiyanın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə İntizam Komitəsi tərəfindən baxılıb və Vahan Bıçakçıyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq olunub.

UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət edib,

UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silib.

1