Ermənistan çempionatı ölkədəki qarışıqlığa görə dayandırıldı

İDMAN
15:43 / 10.11.2020
975

Basketbol üzrə Ermənistan A Liqasında məcburi fasilə elan olunub.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ölkədəki qarışıqlıqla bağlı çempionat dayandırılıb.

Oyunlar təhlükəsizlik səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.

Liqa rəhbərliyi yeni dəyişikliklərlə bağlı qarşıdakı günlərdə məlumat veriləcəyini açıqlayıb.

0