"Qarabağ" - "Qəbələ" matçı təxirə salındı - Koronavirusa görə

İDMAN
14:25 / 05.12.2020
824

Azərbaycan Premyer Liqasının XII turunun "Qarabağ” – "Qəbələ” oyunu təxirə salınıb.

HİT.Az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

"Qarabağ”ın heyətində 7 futbolçuda koronavirus testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq. Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb. Bunadək digər üç matç – "Zirə” – "Sumqayıt”, "Neftçi” – "Sabah” və "Keşlə” – "Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.

0