UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi

İDMAN
22:30 / 18.12.2020
1840

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.

HİT.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinə texniki məğlubiyyət verilib.

Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.

Qeyde edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.

1