Fazil Məmmədovun rəhbəri olduğu qurum LƏĞV EDİLDİ

İDMAN
17:38 / 25.02.2022
1517

Gənclər və İdman Nazirliyi Azərbaycanda üç federasiyanın statusunu ləğv edib.

Nazirlikdən HİT.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun Kollegiya iclasında qəbul olunub.

Qərara əsasən, Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyası fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz hesab edilib.

Kollegiyanın qərarı ilə Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası, Azərbaycan Triatlon Federasiyası akreditasiyadan keçiblər.

Qeyd edək ki, Otüstü Hokkey Federasiyasının rəhbəri keçmiş vergilər naziir Fazil Məmmədov idi.  Paintball Federasiyasının prezidenti isə deputat Əli Hüseynli idi.

0