Pele də Ukraynaya DƏSTƏK OLDU

İDMAN
09:39 / 26.02.2022
1209

Əfsanəvi futbolçu Pele Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

Hit.az-ın xarici mediaya istinadla məlumatına görə, Braziliya millisinin məşhur futbolçusu Pele Rusiya ordusunun hücumlarını pisləyib, sülh naminə dualar oxumağa çağırıb.

 “İllər keçir, amma uşaqlıqdan bəri çox az şey dəyişib. Artıq yaşadığımız faciələr bizə daha dinc dünya qurmağı öyrətməli idi.

Allaha ümidim, inamım çoxdur, amma yenə bir müharibə xəbəri ilə ürəyim sıxılır. Mən Ukrayna xalqı ilə həmrəy olduğumu bildirirəm. Dua edirəm, Allahdan diləyirəm ki, sülh, azadlıq və sevgi hökm sürsün”, - Pele özünün “Instagram” səhifəsində yazıb.

0