Azərbaycan kikboksçusu erməniyə qalib gələrək WJF kəmərinə sahib çıxdı - VİDEO

13:50 / 13.03.2022
686

Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasından HİT.az-a verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.

Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.

0