Nazir onu direktor təyin etdi - FOTO

İDMAN
18:10 / 17.03.2022
1345

Gənclər və idman naziri Fərid Qayıbovun Əmri ilə Səməndər Allahverdiyev Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinə (ROEQİUGVM) direktor təyin edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən hit.az-a verilən məlumata görə, yeni direktorun kollektiv üzvlərinə təqdimat mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Elnarə Musayeva və İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.

0