"Neftçi" "Qəbələ"ni darmadağın ETDİ

İDMAN
22:28 / 18.03.2022
1094
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. "Unikal" xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "Neftçi" komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib, 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb. Qeyd edək ki, günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.
0