Dünya çempionatının açılış oyunu dəyişdi

İDMAN
10:07 / 02.04.2022
830

FİFA bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimində dəyişiklik edib.

Hit.az xəbər verir ki, turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq. Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bundan əvvəl isə ilk matç Qətərlə Ekvador arasında olmalı idi. Ənənəyə görə, dünya çempionatının açılış matçını ev sahibi ölkə açmalı idi. Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

0