Güləşçimiz finala yüksəldi

İDMAN
20:19 / 02.04.2022
736

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Hit.az xəbər verir ki, Murad Məmmədov (60 kq) 1/8 finalda Daniel Bobilyoya (İspaniya), Məmmədov 1/4 finalda Vitali Yeriomenkoya (Moldova) qalib gəlib Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiyə (Almaniya), daha sonra Mateuş Bernatekə (Polşa) qalib gəlib. O, finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.

Ülvi Qənizadə (72 kq) ilk görüşdə Samuel Belşeididən (Almaniya), 1/4 finalda Deyvid Dimitrovdan (Bolqarıstan) üstün olub. O, yarımfinalda Şmaqi Bolkvadzeyə (Gürcüstan) uduzub və bürünc medal üçün yarışacaq. Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

0